30 sentyabr 2026. Çərşənbə

Roma'da növbəti yoluxma aşkarlandı


Roma'da növbəti yoluxma aşkarlandı

İtaliyanın "Roma" klubunun daha bir futbolçusu  Feliks Afena-Qyan koronavirusa yoluxub.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı hücumçunun testinin nəticəsi müsbət çıxmasından sonra infeksiya aşkarlanan oyunçuların sayı 3-ə çatıb.

"Canavarlar"da daha əvvəl Brian Kristante və Qonsalo Vilyarda da koronavirus aşkarlanıb.

Qeyd edək ki, "Roma" bu gün A Seriyasının XV turunda "Bolonya" ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.







İtaliya S.A.