15 may 2026. Cümə

Eriksen sabiq komandasında məşqlərə başladı


Eriksen sabiq komandasında məşqlərə başladı

"İnter"in futbolçusu Kristian Eriksen topla məşqlərə başlayıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ölkəsinin "Odense" klubunun gənclər komandasında hazırlıq keçir.

Klub, danimarkalı futbolçunun müraciətindən sonra onun kollektivlə birlikdə məşq etməsinə icazə verildiyini bildirib: "Onun villası bazanın yaxınlığında yerləşir. Eriksen gənclik illərində "Odense"də çıxış edib. Ona məşq etmək imkanı yarada bildiyimiz üçün şadıq". İtaliya təmsilçisi Eriksen'in komandadan ayrılmaq istəyəcəyi təqdirdə buna mane olmayacağını da vurğulayıb.

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2005 - 2009-cu illərdə "Odense"nin şərəfini qoruyub.







İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi