- İtaliya S.A.
- 23:28 23.11.2024
“Milan”ın futbolçusu Zlatan İbrahimoviç komandanın baş məşqçisi Stefano Pioli haqda danışıb.
Corner.az xəbər verir ki, “Football İtalia” saytına danışan 40 yaşlı hücumçu, Piolinin “Milan”da əla iş gördüyünü bildirib:
“Pioli üçün xoşbəxtəm. Həqiqətən, o, buna layiqdir. O müqaviləni yenilədi, mən də yenilədim. Komandada əla iş görür.
Komanda yoldaşlarımın və onun sayəsində özümü gənc hiss edirəm. Azarkeşlərimiz üçün da şadam. Uzun müddət sonra “Milan”dan belə yaxşı oyun və nəticələr görürlər. Hədəfim onları daha da xoşbəxt etməkdir. Çempion ola bilməsək, deməli, nəsə əldə etməmişik”.
“Milan” A Seriyasında 35 xalla 2-ci sıradadır. “Qırmızı-qaralar” lider “Napoli”dən 1 xal geri qalır.