15 avqust 2026. Şənbə

İbrahimoviç Avropanın "Top-5" liqalarında yubiley qolunu vurdu


İbrahimoviç Avropanın "Top-5" liqalarında yubiley qolunu vurdu

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç Avropanın "Top-5" liqalarında 300-cü qolunu vurub.

Corner.az-ın məlumatına görə, 40 yaşlı hücumçu buna A Seriyasının 17-ci tur matçında "Udineze" ilə 1:1 hesablı heç-heçə etdikləri  fərqlənməklə nail olub.

Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qolu isveçli futbolçu vurub.

Qeyd edək ki, 21 əsrdə yalnız PSJ-nin futbolçusu Lionel Messi (475 qol) ilə "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo (483 qol) "Top-5" liqalarda Zlatan İbrahimoviçdan çox qol vurub. 







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi