4 avqust 2026. Çərşənbə axşamı

İnter Eriksen'lə yollarını ayırır


İnter Eriksen'lə yollarını ayırır

"İnter" klubu futbolçusu Kristian Eriksenlə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edəcək.

Corner.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano şəxsi "Tviter"ində paylaşım edib. O, belə bir addımın 29 yaşlı yarımmüdafiəçinin A Seriyasında kardioverter-defibrillyatorla oynaya bilməyəcəyi ilə əlaqədar atıldığını vurğulayıb.

"İnter"in yaxın günlərdə danimarkalı futbolçu ilə müqavilənin ləğv etməsi ilə bağlı rəsmi məlumatın verilməsi gözlənilir.

Qeyd edək ki, iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu Avropa çempionatının qrup mərhələsinin I tur oyunu zamanı Kristian Eriksenin ürəyi tutub. Bundan sonra təcrübəli yarımmüdafiəçinin ürəyində kardioverter-defibrillyator quraşdırılıb. O vaxtdan Eriksen rəsmi matçlarda bir daha meydana çıxmayıb. Onun "İnter"lə müqaviləsi 2024-cü ilədək qüvvədədir.







İtaliya S.A.

"Roma" Uelsdə darmadağın oldu
  • İtaliya S.A.
  • 22:48 01.08.2026
"Roma" Uelsdə darmadağın oldu
Maradonanın komandası 100 yaşında
  • İtaliya S.A.
  • 22:26 01.08.2026
Maradonanın komandası 100 yaşında