18 mart 2026. Çərşənbə

Milan evdə Napoli'yə uduzdu


Milan evdə Napoli'yə uduzdu
İtaliya A Seriyasında 18-ci turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub. 
 
“Fiorentina” doğma meydanda “Sassuolo”nu, “Spetsiya” “Empoli”ni və “Sampdoriya” “Venetsiya”nı qəbul edib. Hər üç görüşdə  qalib müəyyənləşməyib. 
 
“Torino” “Verona”ya minimal hesabla qalib gəlib
 
“Milan”  isə doğma meydanda  “Napoli”ni qəbul edib. Bu görüşdə isə qonaqlar minimal hesabla qələbə qazanıb.
 
İtaliya A Seriyası
18-ci tur
17 dekabr
 
Latsio – Cenoa 3:1
Qol: Pedro, 36. Açerbi, 75. Zakkayni, 81 – Meleqoni, 86.
 
Salernitana – İnter 0:5
Qol: Perişiç, 11. Dumfris, 33. A.Sançes, 52. L.Martines, 77. Qalyardini, 87.
 
18 dekabr
 
Atalanta – Roma 1:4
Qol: Kristante, 45+1-öz qapısına – Abraham, 1; 82. Zaniolo, 27. Smollinq, 72.
 
Bolonya – Yuventus 0:2
Qol: Morata, 6. Kuadrado, 69.
 
Kalyari – Udineze 0:4
Qol: Makenqo, 4. Deulofeu, 45; 69. Molina, 50.
 
19 dekabr
 
Fiorentina – Sassuolo 2:2
Qol: Vlahoviç, 51. Torreyra, 61 – Skamakka, 32. Frattezi, 37.
 
Spetsiya – Empoli 1:1
Qol: Markizza, 50-öz qapısına – Nikolayu, 71-öz qapısına.
 
Sampdoriya – Venetsiya 1:1
Qol: Qabbyadini, 1 – Henri, 87.
 
Torino – Verona 1:0
Qol: Pobeqa, 26.
 
Milan – Napoli 0:1
Qol: Elmas, 5.






İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə