30 iyun 2026. Çərşənbə axşamı

Latsio'nun hücumçusu koronavirusa yoluxdu


Latsio'nun hücumçusu koronavirusa yoluxdu
İtaliyanın “Latsio” klubunun hücumçusu Çiro İmmobile koronavirusa yoluxub. Corner.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Komandadan təcrid olunan İmmobile karantinə alınıb. 31 yaşlı futbolçunun “Venetsiya”ya qarşı keçiriləcək növbəti çempionat matçında iştirak etməyəcəyi bildirilib.

İtaliya mətbuatının yazdığına görə, ötən həftə İmmobilenin həyat yoldaşı bir bayram tədbirində iştirak etdikdən sonra koronavirusa yoluxub. Bu səbəbdən italiyalı futbolçu da karantinə alınmış və komandasının “Cenoa”nı 3:1 hesabıyla məğlub etdiyi görüşdə çıxış etməmişdi.
 
İmmobile bu mövsüm “Latsio” formasıyla bütün turnirlər çərçivəsində 21 oyuna çıxıb, 16 qol vurub.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı