29 yanvar 2026. Cümə axşamı

İnter və Milan'dan qələbə, Napoli uduzdu


İnter və Milan'dan qələbə, Napoli uduzdu
İtaliya A Seriyasında 19-cu tura yekun vurulub. Corner.az xəbər verir ki, turun əksər oyunları sonuncu oyun gününə təsadüf edib.
 
“Verona” - “Fiorentina” matçında qalib müəyyənləşməyib. “Roma” evdə “Sampdoriya”nı qəbul edib və  bu görüşdə də qalib müəyyənləşməyib. “Latsio” səfərdə “Venetsiya”ya, “Bolonya” isə “Sassuolo”ya qalib gəlib.
 
Lider “İnter” doğma meydanda “Torino”nu qəbul edib və  minimal hesabla qələbə qazanıb. “Milan” səfərdə “Empoli”nin qonağı olub və inamlı qələbəyə sevinib.  “Napoli" isəndoğma meydanda "Spetsiya”nı qəbul  edib və xal itkisi ilə üzləşib.
 
19-cu turun “Udineze” – “Salernitana” matçı qonaqların heyətində koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınıb.
 
İtaliya A Seriyası
19-cu tur
21 dekabr
 
Cenoa – Atalanta 0:0
 
Yuventus – Kalyari 2:0
Qol: M.Kin, 40. Bernardeski, 83.
 
22 dekabr
 
Venetsiya – Latsio 1:3
Qol: Forte, 30 – Pedro, 3. Açerbi, 48. Alberto, 90+5.
 
Sassuolo – Bolonya 0:3
Qol: Orsolini, 36. Hiki, 44. Santander, 90+4.
 
İnter – Torino 1:0
Qol: Dumfris, 30.
 
Roma – Sampdoriya 1:1
Qol: Şomurodov, 72 – Qabbyadini, 80.
 
Verona – Fiorentina 1:1
Qol: Lasanya, 17 – Kastrovilli, 81.
 
Napoli – Spetsiya 0:1
Qol: J.Jezus, 37-öz qapısına.
 
Empoli – Milan 2:4
Qol: Bayrami, 18. Pinamonti, 84 – Kessye, 12; 42. Florensi, 63. T.Hernandes, 69.






İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”