30 iyun 2026. Çərşənbə axşamı

İnter'in futbolçusunun evi qarət olundu


İnter'in futbolçusunun evi qarət olundu

İtaliyanın "İnter" klubunun futbolçusu Stefano Sensinin evi qarət olunub.

Corner.az "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, hadisə Milan təmsilçisinin A Seriyasının 19-cu turu çərçivəsində "Torino"ya qarşı keçirdiyi matç zamanı baş verib.

Mətbəxin pəncərəsindən evə daxil olan cinayətkarlar ümumi dəyəri 70 000 avro olan qol saatlarını və digər qızıl-zinət əşyalarını oğurlayıblar. 26 yaşlı yarımmüdafiəçiyə dəymiş zərər 200 000 avro olaraq qiymətləndirilib.

Qeyd edək ki, "İnter" - "Torino" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı