İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Yanq Boyz”dan (İsveçrə) Silvan Heftini, “Brayton”dan (İngiltərə) Leo Estiqoru heyətinə qatıb
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı Estiqor mövsümün sonuna kimi icarəyə götürülübsə, Hefti birdəfəlik transfer edilib. Lakin İsveçrədən olan 24 yaşlı müdafiəçi ilə müqavilənin müddəti və digər detalları barədə açıqlama verilməyib.
Silvan Hefti bu mövsüm “Yanq Boyz”un heyətində meydana çıxdığı 29 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi 2020-ci ildən “Yanq Boyz”da çıxış edirdi. O, daha öncə ölkəsinin “Sankt Qallen” klubunda da çıxış edib.
Leo Estiqor isə Norveçin “Molde” klubunun yetirməsidir. O, 2018-ci ildən “Brayton”da çıxış edirdi.