15 avqust 2026. Şənbə

Daha 4 oyun təxirə salındı - Seriya A'da


Daha 4 oyun təxirə salındı - Seriya A'da

İtaliya A Seriyasının 20-ci turunun 4 oyunu təxirə salınıb.

Corner.az "Sky Sports Italia" nəşrinə istinadən xəbər verir ki, buna səbəb futbolçular arasında koronavirusa yoluxmanın artması olub.

Bu gün keçirilməli olan "Bolonya" - "İnter", "Atalanta - "Torino", "Fiorentina" - "Udineze", "Salernitana" - "Venetsiya" qarşılaşmaları qeyri-müəyyən müddətə ertələnib.

"Udineze" kütləvi yoluxma halına görə komandanın karantinə alındığını elan edib. Klub yanvarın 9-da "Atalanta" ilə görüşün təxirə salınmasını da çempionat rəhbərliyindən istəyib.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi