İtaliya A Seriyasında 20-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün keçirilməli olsa da, onlardan bir neçə görüşlər baş tutmayıb.
“Sampdoriya” doğma meydanda “Kalyari”yə, “Spetsiya” isə “Verona”ya məğlub olub. Altı qolun qeydə alındığı “Latsio” – “Empoli” matçında qalib müəyyənləşməyib. “Sassuolo” – “Cenoa” matçında da qalib müəyyənləşməyib.
“Milan” doğma meydanda “Roma”nı qəbul edib. Dörd qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Turun mərkəzi görüşü Turində baş tutub. “Yuventus” doğma meydanda “Napoli”ni qəbul edib. Tərəflər oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
Bu tur keçirilməli olan “Salernitana” – “Venetsiya” matçı meydan sahibi komandanın heyətində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.
“Fiorentina” – “Udineze”, “Atalanta” – “Torino” və “Bolonya” – “İnter” matçları da koronavirusa görə baş tutmayıb.
İtaliya A Seriyası
20-ci tur
6 yanvar
Sampdoriya – Kalyari 1:2
Qol: Qabbyadini, 18 – Deyola, 55. Pavoletti, 71.
Latsio – Empoli 3:3
Qol: İmmobile, 14. Milinkoviç-Saviç, 66; 90+3 – Bayrami, 6. Zurkovski, 8. Di Françesko, 75.
Spetsiya – Verona 1:2
Qol: Erliç, 85 – Kaprari, 59; 77.
Sassuolo – Cenoa 1:1
Qol: Berardi, 55 – Destro, 7.
Milan – Roma 3:1
Qol: Jiru, 8-pen. Messias, 17. Leao, 82 – Abraham, 40.
Yuventus – Napoli 1:1
Qol: Kyeza, 54 – Mertens, 23.