10 may 2026. Bazar günü

Yuventus'la Milan səfərdə, İnter'lə Napoli evdə qələbə qazandı


Yuventus'la Milan səfərdə, İnter'lə Napoli evdə qələbə qazandı
 İtaliya A Seriyasında 21-ci turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, turun əksər görüşləri ilk oyun gününə təsadüf edib.
 
“Empoli” evdə “Sassuolo”nı, “Udineze” isə “Atalanta”nı qəbul edib. Hər iki oyundan meydan sahibləri böyük hesabla uduzub.  “Cenoa” – “Spetsiya” və “Verona” – “Salernitana” matçlarında da qonaqlar qələbə qazanan tərəf olub.
 
Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Milan” bu turda səfərdə “Venetsiya”nın qonağı olub və darmadağına sevinib. “Napoli” evdə “Sampdoriya”nı minimal hesabla üstələyib. “İnter” “Latsio” üzərində çətin qələbə qazanıb.
 
Turun mərkəzi görüşündə “Yuventus” səfərdə “Roma”nın qonağı olub. 7 qolun qeydə alındığı bu oyunda Turin təmsilçisi əzmkar qələbə qazanıb.
 
İtaliya A Seriyası
21-ci tur
9 yanvar
 
Venetsiya – Milan 0:3
Qol: İbrahimoviç, 2. T.Hernandes, 48; 59.
 
Empoli – Sassuolo 1:5
Qol: Henderson, 16 – Berardi, 13-pen. Raspadori, 24; 71. Skamakka, 67; 90+2.
 
Napoli – Sampdoriya 1:0
Qol: Petanya, 43.
 
Udineze – Atalanta 2:6
Qol: Djimsiti, 59-öz qapısına. Beto, 88 – Paşaliç, 17. Muriel, 22; 76. Malinovski, 43. Mehle, 89. Pessina, 90+2.
 
Cenoa – Spetsiya 0:1
Qol: Bastoni, 14.
 
Roma – Yuventus 3:4
Qol: Abraham, 11. Mxitaryan, 48. Pelleqrini, 53 – Dibala, 18. Lokatelli, 70. Kuluşevski, 72. De Şiliyo, 77.
 
İnter – Latsio 2:1
Qol: Bastoni, 30. Şkrinyar, 67 – İmmobile, 35.
 
Verona – Salernitana 1:2
Qol: Lazoviç, 63 – Dyuriç, 29. Kastanos, 70.






İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi