30 iyun 2026. Çərşənbə axşamı

İtaliyanın superi - İnter!


İtaliyanın superi - İnter!
 İtaliya Super Kubokunun qalibi müəyyənləşib. Corner.az xəbər verir ki, həlledici oyunda son çempion “İnter”lə ölkə kubokunun qalibi “Yuventus” qarşılaşıb.
 
“San Siro”da keçirilən oyunda ilk yarıda “Yuventus” açsa da, “İnter” fasiləyə qədərə bərabərlik qolunu vurmağı bacarıb. Əsas vaxtda başqa qol qeydə alınmayıb. Əlavə vaxtda daha bir qol vuran “İnter” Super Kubokun sahibi olub – 2:1.
 
“İnter” tarixində 6-cı dəfə İtaliya Super Kubokunun qalibi olub. Milan təmsilçisi daha öncə 1989, 2005, 2006, 2008 və 2010-cu illərdə bu titula yiyələnmişdi. Ən çox Super Kubok qazanan komandalar isə “Milan” (7) və “Yuventus”dur – 9 dəfə.
 
İtaliya Super Kuboku
12 yanvar
 
İnter – Yuventus 2:1
Qol: L.Martines, 35. A.Sançes, 120 – Makkenni, 25.






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı