29 yanvar 2026. Cümə axşamı

Şevçenko istefaya göndərilə biləcəyini açıqladı


Şevçenko istefaya göndərilə biləcəyini açıqladı

"Mən hər gün işimi görürəm, qərarı isə klub rəhbərliyi qəbul edəcək".

Corner.az-ın məlumatına görə, bunu "Ceno" komandasının baş məşqçisi Andrey Şevçenko "Milan"a 1:3 hesabı ilə uduzduqları İtaliya Kubokunun 1/8 final oyunundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis hələ məşqlər nəticəsində keyfiyyətin ortaya çıxdığını tədricən görməkdə olduqlarını söyləyib: "Həyat uçuş və enişlərdən, qələbə və məğlubiyyətlərdən ibarətdir. Mən irəli gedirəm, layihəyə köklənmişik. Bu gün futbolçularım özlərini yaxşı tərəfdən göstərdilər. Məşqlər nəticəsində keyfiyyətin ortaya çıxdığını tədricən görməkdəyik".

Qeyd edək ki, İtaliya Kubokunda mübarizəni dayandıran "Cenoa" A Seriyasında Andrey Şevçenkonun rəhbərliyi altında 11 oyundan yalnız 1-də qalib gəlib. Komanda hazırda21 oyundan 12 xalla 19-cu yerdə gedir.







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”