15 avqust 2026. Şənbə

Napoli'dən qələbə, Milan büdrədi


Napoli'dən qələbə, Milan büdrədi
İtaliya A Seriyasında 22-ci turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
 
Səfərdə “Bolonya”nın qonağı olan “Napoli” turu inamlı qələbəylə başa vurub. “Milan” doğma meydanda autsayderlər qrupunda qərarlaşmış “Spetsiya”nı qəbul edib və son dəqiqələrdə buraxdığı qolla məğlub olub. “Fiorentina” isə “Cenoa”nı qəbul edib və  6 cavabsız qolla qələbə qazanıb.
 
İtaliya A Seriyası
22-ci tur
15 yanvar
 
Sampdoriya – Torino 1:2
Qol: Kaputo, 18 – Sinqo, 27. Praet, 67.
 
Salernitana – Latsio 0:3
Qol: İmmobile, 7; 10. Lazzari, 66.
 
Yuventus – Udineze 2:0
Qol: Dibala, 19. Makkenni, 79.
 
16 yanvar
 
Sassuolo – Verona 2:4
Qol: Skamakka, 54. Defrel, 67 – Kaprari, 37. Barak, 44; 57; 90+4.
 
Venetsiya – Empoli 1:1
Qol: Okereke, 73 – Jurkovski, 26.
 
Roma – Kalyari 1:0
Qol: S.Oliveyra, 33-pen.
 
Atalanta – İnter 0:0
 
17 yanvar
 
Bolonya – Napoli 0:2
Qol: Lozano, 20; 47.
 
Milan – Spetsiya 1:2
Qol: Leao, 45+1 – Aqudelo, 64. Qyasi, 90+6.
 
Fiorentina – Cenoa 6:0
Qol: Odriosola, 15. Bonaventura, 34. Biraqi, 42; 69. Vlahoviç, 51. Torreyra, 77.






İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi