24 aprel 2026. Cümə

A Seriyası klubuna texniki məğlubiyyət verildi


A Seriyası klubuna texniki məğlubiyyət verildi
İtaliyanın “Salernitana” komandasına texniki məğlubiyyət verilib. Corner.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.
 
Məlumatda, sözügedən komandanın 19-cu tur çərçivəsində “Udineze” ilə oyuna çıxmaqdan imtina etdiyi üçün texniki məğlubiyyətlə cəzalandırıldığı vurğulanıb. 0:3 hesablı məğlubiyyət verilən klubun hesabından da 1 xal silinib.
 
Xatırladaq ki, “Salernitana” dekabrın 21-də keçirilməli olan bu matça heyətində koronavirusa yoluxanların çoxluğunu əsas gətirərək çıxmaq istəməmişdi.
 
Son qərarın ardından bu komanda hazırda 10 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. 






İtaliya S.A.

“Alleqri taktiki baxımdan dahidir”
  • İtaliya S.A.
  • 22:30 23.04.2026
“Alleqri taktiki baxımdan dahidir”
“Milan” üçün əsas olan xallardır"
  • İtaliya S.A.
  • 23:18 19.04.2026
“Milan” üçün əsas olan xallardır"