15 avqust 2026. Şənbə

İnter'lə Sassuolo da 1/4 finalda!


İnter'lə Sassuolo da 1/4 finalda!
İtaliya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
Əvvəlcə “Sassuolo” doğma meydanda “Kalyari”ni qəbul. Meydan sahibləri bu oyunda minimal hesabla qələbə qazanmaqla mərhələ adlayıblar.
 
“İnter” isə doğma meydanda “Empoli” ilə münasibətlərinə aydınlıq gətirib.Beş qolun vurulduğu matçda Milan təmsilçisi çətin qələbə qazanaraq vəsiqəni təmin ediblər.
 
Daha öncə “Atalanta”, “Fiorentina”, “Milan”, “Latsio” və “Yuventus” da 1/4 finala vəsiqəni təmin etmişdi.
 
İtaliya kuboku
1/8 final
12 yanvar
 
Atalanta – Venetsiya 2:0
Qol: Muriel, 12. Mehle, 88.
 
13 yanvar
 
Napoli – Fiorentina 2:5
Qol: Mertens, 44. Petanya, 90+5 – Vlahoviç, 41. Biraqi, 57. Venuti, 105+1. Pyontek, 108. Male, 119.
 
Milan – Cenoa 3:1
Qol: Jiru, 74. Leao, 102. Salemakers, 112 – Estiqor, 17.
 
18 yanvar
 
Latsio – Udineze 1:0
Qol: İmmobile, 106.
 
Yuventus – Sampdoriya 4:1
Qol: Kuadrado, 25. Ruqani, 52. Dibala, 67. Morata, 77 – Konti, 63.
 
19 yanvar
 
Sassuolo – Kalyari 1:0
Qol: Harrui, 18.
 
İnter – Empoli 3:2
Qol: A.Sançes, 13. Ranokkya, 90+1. Sensi, 104 – Bayrami, 61. Radu, 76.






İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi