18 mart 2026. Çərşənbə

Napoli'nin futbolçusunun ürəyində problem yarandı


Napoli'nin futbolçusunun ürəyində problem yarandı

Əlcəzair millisinin və "Napoli" klubunun futbolçusu Adam Unasın ürəyində problem aşkarlanıb.

Corner.az "Football Italia"ya istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Camel Belmadi açıqlamasında bildirib.

46 yaşlı mütəxəssis 25 yaşlı yarımmüdafiəçinin səhhətindəki probleminin koronavirusa yoluxması ilə əlaqədar olduğunu vurğulayıb.

Qeyd edək ki, Adam Unas Afrika Millətlər Kubokunda komandasına kömək edə bilməyib. Daha əvvəl Qabon millisinin və İngiltərə "Arsenal"ının futbolçusu Pyer-Emerik Obameyanq və "Bavariya"nın futbolçusu Alfonso Davyesin ürəyində koronavirusa görə problem yaranmışdı.







İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə