- İtaliya S.A.
- 23:28 23.11.2024
"İnter”in baş məşqçisi Simone İnzaqi A Seriyasında “Milan”a məğlub olduqları matçla bağlı fikirlərini bildirib.
Corner.az xəbər verir ki, “Football İtalia” nəşrinə danışan 45 yaşlı mütəxəssis, 1:2 hesabıyla bitən görüşü belə şərh edib:
“Bu, futboldur. Rəqibi bütün komponentlərdə üstələdik. Lakin sonda vəziyyət istədiyimiz kimi alınmadı. İlk qolda bəxtləri gətirdi, ikincidə isə ağıllı oynayaraq vurdular.
Əsl derbi gördüm. 60 dəqiqə ərzində oyun bir tərəfdə getdi. Uşaqlar qol vurmaq üçün qəzəbli idilər. Aleksis Sançesin epizodunda yüz faizlik cərimə var idi. Bundan sonra diqqətimiz pozuldu. Son 25 dəqiqədə istədiyimiz kimi ola bilmədik, vəziyyət nəzarətdən çıxdı. Oyun daha açıq olmağa başladı. Və rəqib iki qol vuraraq, qələbə qazandı.
Bizim üçün ağrılı məğlubiyyət alındı. Böyük komandalar səhvlərini təhlil etməli, dərs çıxarmalıdırlar. “Milan”a qarşı 10 dəfə oynasaq, cəmi bir dəfə uduzarıq. Derbinin nə qədər vacib olduğunu yaxşı bilirik. Məğlubiyyətə layiq deyildik, amma futbolda belə şeylər olur".