11 may 2026. Bazar ertəsi

İllərdir qazlı su da qazana bilmir


İllərdir qazlı su da qazana bilmir

“Yuventus”un keçmiş baş məşqçisi Luici Mafredi “Roma”nın çalışdırıcısı Joze Mourinyonu tənqid edib.

Corner.az xəbər verir ki, İtaliya mətbuatına danışan italiyalı mütəxəssis, Mourinyonun illərdir qazlı su belə, qazana bilmədiyini deyib:

“Mourinyo belədir. Hər zaman və yalnız özünü müdafiə edir. O, məşqçi deyil, təşkilatçıdır. “İnter”i çalışdırdığı vaxtlardan bunu demişəm. Eyni zamanda, çox şanslı biridir.

Yaxşı menecerdir, amma məşqçiliyi bilmir. Güclü oyunçuları varsa, onların ən yaxşı nəticəsini göstərməsini əldə edəcək. Amma bir qrup oyunçunu necə komanda edə biləcəyini bilmir. İllərdir qazlı su da qazana bilmir. Bir mövsümü daha boş bitirməyə yaxındır. Biri ona bunu deməlidir”.

Mourinyonun rəhbərlik etdiyi “Roma” İtaliya A Seriyasında 7-ci sıradadır.







İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi