11 may 2026. Bazar ertəsi

İnsinye Maradona'nı geridə qoydu


İnsinye Maradona'nı geridə qoydu

"Napoli"nin futbolçusu Lorentso İnsinye Neapol təmsilçisindəki qol sayına görə argentinalı əfsanəvi hücumçu Dieqo Maradonanı geridə qoyub.

Corner.az "Goal" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu buna evdə "İnter"lə 1:1 hesablı heç-heçə etdikləri A Seriyasının 25-ci tur matçında fərqlənməklə nail olub.

Görüşün 7-ci dəqiqəsində penaltidən hesabı açan italiyalı hücumçu "Napoli"də ümumilikdə 116-cı qoluna imza atıb. Maradona isə bu komandanın heyətində rəqib qapılarından 115 top keçirib.

Qeyd edək ki, 1984 - 1991-ci illərdə "Napol"nin formasını geyinmiş Dieqo Maradona 2020-ci ildə 60 yaşında ikən vəfat edib.







İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi