30 sentyabr 2026. Çərşənbə

Mourinyo: Hər söhbətə açığam


Mourinyo: Hər söhbətə açığam

“Roma”nın baş məşqçisi Joze Mourinyo komandanın hazırkı durumu haqda açıqlama verib.

Corner.az xəbər verir ki, İtaliya mətbuatına danışan portuqaliyalı mütəxəssis, çempionata köklənmələri lazım olduğunu söyləyib:

“Çox çalışmalıyıq. İndi çempionat oyununa köklənməliyik, sonra isə avrokuboklara. İstədiyimiz nəticəni əldə etmək istəyiriksə, səhvlərimizi azaltmalıyıq.

Futbolçular bilirlər ki, mənimlə hər şeyi müzakirə edə bilərlər. Mən hər söhbətə açığam”.

“Roma” A Seriyasının 25-ci turunda bu gün “Sassuolo” ilə qarşılaşacaq. Oyun saat 21:00-da başlayacaq.








İtaliya S.A.