23 aprel 2026. Cümə axşamı

Milan'dan qələbə, Yuventus xal itirdi


Milan'dan qələbə, Yuventus xal itirdi
İtaliya A Seriyasında 25-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, turun əksər oyunları bazar gününə təsadüf edib.
 
“Verona” doğma meydanda “Udineze”ni qəbul edib və 4 cavabsız qolla qalib gəlib . “Milan” isə doğma meydanda “Sampdoriya”nı qəbul edib və minimal hesabla qalib gəlib. "Cenoa" – "Salernitana", “Sassuolo” – “Roma” , "Empoli" – "Kalyari" görüşlərində qalib müəyyənləşməyib..
 
 “Yuventus” isə  səfərdə “Atalanta”nın qonağı olub. Turin təmsilçisi bu görüşdə son dəqiqə qolu ilə məğlubiyyətdən xilas ola bilib.
 
İtaliya A Seriyası
25-ci tur
12 fevral
 
Latsio – Bolonya 3:0
Qol: İmmobile, 13-pen. Zakkayni, 53; 63.
 
Napoli – İnter 1:1
Qol: İnsinye, 7-pen – Dzeko, 47.
 
Torino – Venetsiya 1:2
Qol: Brekalo, 5 – Haps, 38. Çrniqoy, 46.
 
13 fevral
 
Milan – Sampdoriya 1:0
Qol: Leao, 8.
 
Cenoa – Salernitana 1:1
Qol: Destro, 32 – Bonassoli, 45+1.
 
Verona – Udineze 4:0
Qol: Depaoli, 2. Barak, 31. Kaprari, 66. Tameze, 85.
 
Empoli – Kalyari 1:1
Qol: Pinamonti, 38 – Pavoletti, 84.
 
Sassuolo – Roma 2:2
Qol: Smollinq, 47-öz qapısına. Traore, 73 – Abraham, 45+1. Kristante, 90+4.
 
Atalanta – Yuventus 1:1
Qol: Malinovski, 78 – Danilo, 90+1.






İtaliya S.A.

“Milan” üçün əsas olan xallardır"
  • İtaliya S.A.
  • 23:18 19.04.2026
“Milan” üçün əsas olan xallardır"
“Milan” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 20:38 19.04.2026
“Milan” 3 xalı tək qolla qazandı