15 avqust 2026. Şənbə

Mourinyo hakimi təhqir etdiyinə görə cəzalandırıldı


Mourinyo hakimi təhqir etdiyinə görə cəzalandırıldı

İtaliyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo cəzalandırılıb.

Corner.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, buna səbəb portuqaliyalı mütəxəssisin evdə A Seriyanın 26-cı turunda "Verona" ilə 2:2 hesablı heç-heçə etdikləri matçda baş hakim Luka Payrettonu təhqir etməsi olub. Referini qərəzli idarəçilikdə günahlandıran 58 yaşlı mütəxəssis 2 oyunluq diskvalifikasiya edilib.

Həmçinin "Verona" ilə qarşılaşmada meydana çıxmağa cəhd edən paytaxt klubunun idman direktoru Tyaqo Pintoya da 1 oyunluq cəzalandırılıb.

Mourinyo ilə yanaşı "Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini səfərdə "Fiorentina"ya 0:1 hesabı ilə məğlub olduqları görüşdə referiyə etiraz və hörmətsizliyə görə diskvalifikasiya olunub. O, növbəti turda texniki zonada yer almayacaq.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi