30 iyun 2026. Çərşənbə axşamı

Napoli evdə Milan'a uduzdu, Yuventus'dan qələbə


Napoli evdə Milan'a uduzdu, Yuventus'dan qələbə
İtaliya A Seriyasında 28-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib.
 
“Cenoa” evdə “Empoli”ni, “Bolonya” “Torino”nu qəbul edib. Bu matçlarda qapılara qol vurulmayıb.

“Fiorentina” da evdə “Verona” ilə  heç-heçə edib.  “Venetsiya” doğma meydanda “Sassuolo” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı matçda qonaqlar darmadağınla qalib gəlib.
 
“Yuventus” evdə “Spetsiya”nı qəbul edib və minimal hesabla qalib gəlib.
 
Turun maraqlı görüşü “Napoli” və “Milan” arasında baş tutub. Maraqlı keçən görüşdə Milan təmsilçisi minimal hesabla qələbə qazanıb.
 
İtaliya A Seriyası
28-ci tur
4 mart
 
İnter – Salernitana 5:0
Qol: L.Martines, 22; 40; 56. Dzeko, 64; 69.
 
5 mart
 
Udineze – Sampdoriya 2:1
Qol: Deulofeu, 3. Udoqye, 12 – Kaputo, 13.
 
Roma – Atalanta 1:0
Qol: T.Abraham, 32.
 
Kalyari – Latsio 0:3
Qol: İmmobile, 19. L.Alberto, 42. F.Anderson, 62.
 
6 mart
 
Cenoa – Empoli 0:0
 
Bolonya – Torino 0:0
 
Venetsiya – Sassuolo 1:4
Qol: Henri, 34 – Raspadori, 2. Berardi, 17-pen; 71-pen. Skamakka, 29-pen.
 
Fiorentina – Verona 1:1
Qol: Pyontek, 10 – Kaprari, 20.
 
Yuventus – Spetsiya 1:0
Qol: Morata, 21.
 
Napoli – Milan 0:1
Qol: Jiru, 49.






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı