30 iyun 2026. Çərşənbə axşamı

Yuventus və Milan'dən qələbə


Yuventus və Milan'dən qələbə
İtaliya A Seriyasında 29-cu tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
Dörd qolun qeydə alındığı “Salernitana” - “Sassuolo” matçında qalib müəyyənləşməyib. “Spetsiya” evdə “Kalyari”ni qəbul edib və məğlub yola salıb.
 
Səfərdə “Sampdoriya”nın qonağı olan “Yuventus” inamlı qələbə qazanıb. Lider “Milan” isə evdə “Empoli”ni qəbul edib. Bu görüşdə də meydan sahibləri minimal hesabla qələbə qazanıb.
 
İtaliya A Seriyası
29-cu tur
12 mart
 
Salernitana – Sassuolo 2:2
Qol: Bonatsoli, 8. Dyuriç, 81 – Skamakka, 20. Traore, 30.
 
Spetsiya – Kalyari 2:0
Qol: Erlik, 55. Manaj, 74.
 
Sampdoriya – Yuventus 1:3
Qol: Sabiri, 84 – Yoşida, 23-öz qapısına. Morata, 34-pen; 88.
 
Milan – Empoli 1:0
Qol: Kalulu, 19.






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı