30 iyun 2026. Çərşənbə axşamı

İnter xal itirdi, Napoli və Milan'dan qələbə


İnter xal itirdi, Napoli və Milan'dan qələbə
Futbol üzrə İtaliya A Seriyasında 30-cu turun oyunları keçirilir. Corner.az xəbər verir ki, şənbə günü daha üç qarşılaşma baş tutub.
 
“Milan” səfərdə “Kalyari”nin qonağı olub və minimal hesabla qələbə qazanıb. “Napoli” isə bu turda “Udineze”ni qəbul edib və inamlı qələbəyə sevinib.
 
Ötən tur xal itirən “İnter” bu dəfə doğma meydanda “Fiorentina” ilə qarşılaşıb. Milan təmsilçisi bu turu da xal itkisi ilə başa vurub.
 
İtaliya A Seriyası
30-cu tur
18 mart
 
Sassuolo – Spetsiya 4:1
Qol: Berardi, 17; 48. K.Ayhan, 78. Skamakka, 81 – Verde, 36.
 
Cenoa – Torino 1:0
Qol: Portanova, 14.
 
19 mart
 
Napoli – Udineze 2:1
Qol: Osimhen, 52; 63 – Deulofeu, 22.
 
İnter – Fiorentina 1:1
Qol: Dumfris, 55 – L.Torreyra, 50.
 
Kalyari – Milan 0:1
Qol: Bennaser, 59.






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı