15 avqust 2026. Şənbə

Napoli ona fantastik qiymət qoydu


Napoli ona fantastik qiymət qoydu

"Napoli" futbolçusu Viktor Osimhenin qiymətini açıqlayıb.

Corner.az "Fichajes"ə istinadən xəbər verir ki, belə ki, 23 yaşlı hücumçunu heyətinə qatmaq istəyəcək komanda  Neapol təmsilçisinə 70 milyon avro ödəməlidir.

Nigeriyalı oyunçu ilə  "Arsenal" və "Nyukasl" yaxından maraqlanır.

 Onun A Seriyası klubu ilə hazırkı sözləşməsi 2025-ci ildə başa çatır.

Qeyd edək ki, afrikalı futbolçu bu mövsüm "Napoli"nin heyətində 25 matçda 15 qol və 4 məhsuldar ötürmə edib.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi