21 aprel 2026. Çərşənbə axşamı

İnter Yuventus'a səfərdə qalib gəldi


İnter Yuventus'a səfərdə qalib gəldi
İtaliya A Seriyasında 31-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.
 
“Fiorentina” doğma meydanda “Empoli”ni qəbul edib və minimal hesabla qalib gəlib. Səfərdə “Sampdoriya”nın qonağı olan “Roma” da 3 xalı tək qolla qazanıb. “Udineze” isə “Kalyari” ilə ev oyununda darmadağınla qələbə qazanıb.
 
“Napoli” səfərdə “Atalanta”nın qonağı olub. Bu görüşdə Neapol təmsilçisi inamlı qələbəyə sevinən tərəf olub.
 
Turun mərkəzi qarşılaşmasında Turində baş tutub. Burda “Yuventus” “İnter”lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə isə Milan təmsilçisinin minimal hesablı qələbə qazanıb.
 
İtaliya A Seriyası
31-ci tur
 
2 aprel
 
Spetsiya – Venetsiya 1:0
Qol: Qyasi, 90+4.
 
Latsio – Sassuolo 2:1
Qol: Lazzari, 17. Saviç, 51 – Traore, 90+4.
 
Salernitana – Torino 0:1
Qol: Belotti, 18-pen.
 
3 aprel
 
Fiorentina – Empoli 1:0
Qol: N.Qonzales, 58.
 
Udineze – Kalyari 5:1
Qol: Bekao, 38. Beto, 45; 49; 73. Molina, 59 – J.Pedro, 32.
 
Atalanta – Napoli 1:3
Qol: De Ron, 58 – İnsinye, 14. Politano, 37. Elmas, 81.
 
Sampdoriya – Roma 0:1
Qol: Mxitaryan, 27.
 
Yuventus – İnter 0:1
Qol: H.Çalhanoğlu, 45+4-pen.
 







İtaliya S.A.

“Milan” üçün əsas olan xallardır"
  • İtaliya S.A.
  • 23:18 19.04.2026
“Milan” üçün əsas olan xallardır"
“Milan” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 20:38 19.04.2026
“Milan” 3 xalı tək qolla qazandı