- İtaliya S.A.
- 15:41 21.11.2024
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya A Seriyası ilə bağlı proqnoz verib.
Corner.az-ın məlumatına görə, 65 yaşlı mütəxəssis çempionluğun son turda həll olunacağını söyləyib.
İtalyan mütəxəssis turnir cədvəlinin ilk "3-lüy"ündə qərarlaşan "Milan", "Napoli" və "İnter"lə yanaşı "Yuventus"un da çempion olmaq şansı olduğunu bildirib: "Milan" "Bolonya" ilə matçda büdrəməklə ən yaxın izləyicisini 3 xal qabaqlamaq şansını itirdi. Amma bunun çempionluğun taleyini müəyyənləşdirmək baxımından həlledici olacağını düşünmürəm. "İlk üçlü"k arasında xal fərqi çox azdır. Hətta "Yuventus" da titul uğrunda sonadək mübarizə aparacaq. Hazırda mübarizənin həlledici mərhələsi gedir".
Qeyd edək ki, "Milan" 31 turdan sonra 67 xalla turnir cədvəlinə başçılıq edir. 66 xalı olan "Napoli" 2-ci, 1 oyun az keçirən və 63 xalı olan "İnter" 2-ci pillədə qərarlaşıb. "Yuventus" isə 59 xalla 4-cüdür.