5 dekabr 2025. Cümə

Bu klub hər cür tərifə layiqdir - Nedved


Bu klub hər cür tərifə layiqdir - Nedved

“Juventus”un vitse-prezidenti Pavel Nedved İtaliya A Seriyasında ardıcıl 8-ci mövsümdə çempion olmaları haqqında açıqlama verib.

Corner.az xəbər verir ki, İtaliya mətbuatına fikirlərini bildirən Nedved, bundan sonra heç bir klubun ardıcıl 8 dəfə çempion ola bilməyəcəyini deyib: “Bu qədər uzun müddət ardıcıl çempion olmaq çətin deyil, mümkünsüzdür.Bundan sonra belə bir şeyi heç bir klub təkrarlaya bilməyəcək. Xüsusilə də İtaliyada. Burda bir dəfə çempion olmaq belə, çətindir.Qazanırıq. Çünki yaxşı futbolçularımız və məşqçilərimiz var. Ancaq bütün bunların əsasında “Juventus”un mentaliteti var. Bu klub hər cür tərifə layiqdir. Bu qədər uzun müddət qazanmaq və zirvədə olmaq böyük uğurdur”.

Qeyd edək ki, “Juventus” A Seriyasının 33-cü turunda “Fiorentina”nı 2:1 hesabıyla məğlub edərək, sonra 5 tur qalmış çempionluğunu rəsmiləşdirib.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”