30 iyun 2026. Çərşənbə axşamı

Napoli uduzdu, Milan xal itirdi


Napoli uduzdu, Milan xal itirdi
İtaliya A Seriyasında 32-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.
 
Səfərdə “Cenoa”nın qonağı olan “Latsio” darmadağınla qalib gəlib. “Venetsiya” da “Udineze” ilə ev oyununda məğlub olub.
 
“Roma” doğma meydanda “Salernitana”nı qəbul edib və əzmkar qələbə qazanıb. “Napoli” doğma meydanda “Fiorentina” ilə üz-üzə gəlib və məğlubiyyətlə üzləşib. Səfərdə “Sassuolo”nun qonağı olan “Atalanta” da meydandan məğlub ayrılıb.
 
Lider “Milan” bu turda səfərdə “Torino”nun qonağı olub. Bu qarşılaşmada qapılara qol vurulmayıb.
 
İtaliya A Seriyası
32-ci tur
 
9 aprel
 
Empoli – Spetsiya 0:0
 
İnter – Verona 2:0
Qol: Barella, 22. Dzeko, 30.
 
Kalyari – Yuventus 1:2
Qol: J.Pedro, 10 – De Liqt, 45. Vlahoviç, 75.
 
10 aprel
 
Cenoa – Latsio 1:4
Qol: Patriç, 68-öz qapısına – Marusiç, 31. İmmobile, 45+1; 63; 76.
 
Venetsiya – Udineze 1:2
Qol: Henri, 86 – Deulofeu, 35. Bekao, 90+4.
 
Napoli – Fiorentina 2:3
Qol: Mertens, 58. Osimhen, 84 – Qonzales, 29. İkone, 66. Kabral, 72.
 
Sassuolo – Atalanta 2:1
Qol: Traore, 24; 61 – Muriel, 90+3.
 
Roma – Salernitana 2:1
Qol: K.Peres, 82. Smollinq, 85 – Radovanoviç, 22.
 
Torino – Milan 0:0






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı