30 iyun 2026. Çərşənbə axşamı

İtaliya klubunun futbolçusu sırğaya görə oynaya bilmədi


İtaliya klubunun futbolçusu sırğaya görə oynaya bilmədi

İtaliya A Seriyasının 33-cü turunda keçirilmiş "Spetsiya" - "İnter" oyununda maraqlı hadisə baş verib.

Corner.az-ın məlumatına görə, qarşılaşmanın 60-cı dəqiqəsində "Spetsiya"nın heyətində Rey Manayın yerinə Mbala N Zola meydana daxil olub.

Bir dəqiqə sonra baş hakim oyunçunun qulağında böyük sırğa olduğunu görüb və matça davam etməsi üçün onu çıxarmasını istəyib. 25 yaşlı yarımmüdafiəçi bu səbəbdən bir neçə dəqiqə kənarda qalıb, klub əməkdaşları sırğanı çıxarmağa çalışsa da, bu, alınmayıb.

Baş məşqçi Tiaqo Motta anqolalı futbolçunu 70-ci dəqiqədə Janis Antistlə əvəzləyib.

Qeyd edək ki, qarşılaşma "İnter"in 3:1 hesablı qələbəsi ilə bitib.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı