30 iyun 2026. Çərşənbə axşamı

Mourinyo məşhur futbolçunu yaddan çıxarmadı - FOTO


Mourinyo məşhur futbolçunu yaddan çıxarmadı - FOTO
“Roma”nın çalışdırıcısı Joze Mourinyo İtaliya A Seriyasının 33-cü turunun “Napoli”yə qarşı oyunundan əvvəl bu klubun mərhum futbolçusu Dieqo Maradonanın xatirəsinə həsr edilmiş freskanı ziyarət edib. Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı portuqaliyalı mütəxəssis Neapolda argentina millisinin keçmiş hücumçusu Maradonaya həsr olunmuş freskaya gül dəstələri qoyub.
 
Bildirək ki, Maradona 2020-ci il noyabrın 25-də, 60 yaşında ürək tutması nəticəsində vəfat edib.
 
“Napoli” – “Roma” matçı bu gün saat 21:00-da başlayacaq və Neapoldakı Dieqo Maradona stadionunda keçiriləcək.
 
 
 
 






İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı