12 may 2026. Çərşənbə axşamı

İnter'in finaldakı rəqibi bilindi


İnter'in finaldakı rəqibi bilindi
İtaliya kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, “Yuventus” doğma meydanda “Fiorentina”nı qəbul edib.
 
Turin təmsilçisi Florensiyada baş tutan ilk oyunda 1:0 hesablı qələbə qazanmışdı. Cavab görüşündə də inamlı qələbə qazanan “Yuventus” finalda "İnter"in rəqibi olub.
 
Daha öncə “Milan”ı mübarizədən kənarlaşdırmış “İnter” də həlledici oyuna vəsiqə qazanmışdı. Beləliklə, həlledici oyunda “İnter”lə “Yuventus” qarşılaşacaq. Görüş mayın 11-də baş tutacaq.
 
İtaliya kuboku
Yarımfinalın cavab oyunları
19 aprel
 
İnter – Milan 3:0 (ilk oyun 0:0)
Qol: L.Martines, 4; 40. R.Qosens, 82.
 
20 aprel
 
Yuventus – Fiorentina 2:0 (ilk oyun 1:0)
Qol: Bernardeski, 32. Danilo, 90+4.






İtaliya S.A.

 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi