30 iyun 2026. Çərşənbə axşamı

Milan'dan əzmkar qələbə


Milan'dan əzmkar qələbə

Futbol üzrə İtaliya A Seriyasında 34-cü turun oyunları keçirilir

Corner.az xəbər verir ki, bazar günü daha beş qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Bolonya” – “Udineze” matçında qalib müəyyənləşməyib. “Cenoa” evdə “Kalyari”ni minimal fərqlə məğlub edib.

Səfərdə “Salernitana”nın qonağı olan  “Fiorentina” turu məğlubiyyətlə başa vurub. Çempionluq uğrunda mübarizə aparan “Napoli” də səfərdə “Empoli”nin qonağı olub və  gözlənilməz məğlubiyyətə üzləşib. 

Lider “Milan” isə səfərdə “Latsio”nun qonağı olub. Erkən qol buraxan qonaqlar qalan dəqiqələrdə iki qol vuraraq əzmkar qələbə qazanıb.

İtaliya A Seriyası, 34-cü tur

23 aprel

Venesiya – Atalanta 1:3
Qol
: Çrniqoy, 80 – Paşaliç, 44. Sapata, 47. Muriel, 63.

Torino – Spetsiya 2:1
Qol
: Lukiç, 4; 69 – Manaj, 90+7-pen.

İnter – Roma 3:1
Qol
: Dumfris, 30. Brozoviç, 40. L.Martines, 52 – Mxitaryan, 85.

Verona – Sampdoriya 1:1
Qol
: Kaprari, 78 – Kaputo, 44.

24 aprel

Salernitana – Fiorentina 2:1
Qol
: Dyuriç, 9. Bonatsoli, 79 – Saponara, 64.

Bolonya – Udineze 2:2
Qol
: Hiki, 6. Sansone, 59 – Udoqi, 25. Saksess, 46.

Empoli – Napoli 3:2
Qol
: Henderson, 80. Pinamonti, 83; 88 – Mertens, 44. İnsinye, 53.

Cenoa – Kalyari 1:0
Qol
: Badel, 89.

Latsio – Milan 1:2
Qol
: İmmobile, 4 – Jiru, 50. Tonali, 90+2.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı