23 oktyabr 2024. Çərşənbə

İtaliyalı hücumçu Messi, Ronaldo və Levandovskinin uğurunu təkrarladı


İtaliyalı hücumçu Messi, Ronaldo və Levandovskinin uğurunu təkrarladı

İtaliyanın "Latsio" klubunun futbolçusu Çiro İmmobile yeni şəxsi uğura imza atıb.

Corner.az-ın məlumatına görə, 32 yaşlı hücumçu buna evdə "Milan"a 1:2 hesabı ilə uduzduqları A Seriyasının 34-cü tur oyununda nail olub.

Roma təmsilçisinin yeganə qolunu vuran forvard çempionatda 26-cı dəfə fərqlənib. Beləliklə, italiyalı oyunçu Avropanın top-5 liqasında son 6 ildə ən azı 3 mövsümdə 25-dən daha çox qol vuran 4-cü futbolçudur.

Daha əvvəl bu nailiyyətə Lionel Messi, Kriştiano Ronaldo və Robert Levandovski yiyələnib. İmmobile 2017/2018 mövsümündə A Seriyasında 29 qolla, 2019/2020 mövsümündə 36 qolla yadda qalıb.

Qeyd edək ki, Çiro İmmobile 2016-cı ildən "Latsio"da çıxış edir. O, cari mövsüm bütün turnirlərdə 31 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







İtaliya S.A.

"Napoli"dən Kvaratsxeliya açıqlaması
  • İtaliya S.A.
  • 17:38 21.10.2024
"Napoli"dən Kvaratsxeliya açıqlaması
"Çətin matç oldu" - Konte
  • İtaliya S.A.
  • 16:40 21.10.2024
"Çətin matç oldu" - Konte
"İnter" səfərdə "Roma"ya qalib gəldi
  • İtaliya S.A.
  • 01:00 21.10.2024
"İnter" səfərdə "Roma"ya qalib gəldi
Çalhanoğlu sıradan çıxdı
  • İtaliya S.A.
  • 23:05 20.10.2024
Çalhanoğlu sıradan çıxdı
"Milan"da oynamaq çox xoşdur"
  • İtaliya S.A.
  • 10:44 18.10.2024
"Milan"da oynamaq çox xoşdur"