15 avqust 2026. Şənbə

İbrahimoviç Tottinin rekordunu qırdı


İbrahimoviç Tottinin rekordunu qırdı

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç "Roma"nın əfsanəvi oyunçusu Françesko Tottiyə məxsus rekordu qırıb.

Corner.az-ın məlumatına görə, 40 yaşlı hücumçu buna "Latsio"ya 2:1 hesabı ilə qalib gəldikləri A Seriyasının 34-cü tur oyununda nail olub.

90+2-ci dəqiqədə məhsuldar ötürmə edən isveçli futbolçu çempionatda bunu bacaran ən yaşlı futbolçu adına sahib çıxıb. İbrahimoviç  40 yaş 6 ay 21 günündə asist edib. Totti isə buna 40 yaş 4 ay 23 günündə müvəffəq olmuşdu.

Qeyd edək ki, "Milan" 74 xalla turnir cədvəlinin lideridir.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi