15 may 2026. Cümə

İnter təxirə salınmış oyunda uduzdu


İnter təxirə salınmış oyunda uduzdu
İtaliya A Seriyasında 20-ci turdan təxirə salınmış oyunlar keçirilib. Corner.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.
 
Səfərdə “Fiorentina”nın qonağı olan “Udineze” 4 cavabsız qolla qalib gəlib. 8 qolun qeydə alındığı “Atalanta” – “Torino” matçında qalib müəyyənləşməyib.
 
Çempionluq uğrunda mübarizə aparan “İnter” isə səfərdə “Bolonya”nın qonağı olub. Milan təmsilçisi bu oyunda qələbə qazansaydı, əzəli rəqibi olan lider “Milan”ı qabaqlayaraq vahid lider olacaqdı.
Hesabı  “İnter” açsa da ruhdan düşməyən meydan sahibləri qalan dəqiqələrdə əzmkar oyun göstərərək qələbə qazanıb və “Milan”a çempionluq yolunda böyük bir yol açıb.
 
Beləliklə, bu nəticələrdən sonra “Milan” 74 xalla birinci, “İnter” 72 xalla ikincidir. “Fiorentina” 56 xalla 7-ci, “Atalanta” 55 xalla 8-ci, “Torino” 44 xalla 11-ci, “Udineze” 43 xalla 12-ci, “Bolonya” isə 42 xalla 13-cü pillədə qərarlaşıb.
 
İtaliya A Seriyası
20-ci turun oyunları
27 aprel
 
Fiorentina – Udineze 0:4
Qol: Mari, 12. Deulofeu, 36. Uollas, 90+1. Udoqi, 90+5.
 
Atalanta – Torino 4:4
Qol: Muriel, 18-pen; 84-pen. De Roon, 23. Paşaliç, 78 – Sanabriya, 4. Lukiç, 36-pen; 63-pen. Freuler, 67-öz qapısına.
 
Bolonya – İnter 2:1
Qol: Arnautoviç, 28. Sansone, 81 – Perişiç, 3.






İtaliya S.A.

Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi