20 aprel 2026. Bazar ertəsi

Milan'la Yuventus evdə, İnter səfərdə qələbə qazandı


Milan'la Yuventus evdə, İnter səfərdə qələbə qazandı

Futbol üzrə İtaliya A Seriyasında 35-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bazar günü daha beş qarşılaşma baş tutub.

“Roma” – “Bolonya” matçında qapılara ümumiyyətlə qol vurulmayıb.

Dörd qolun qeydə alındığı “Empoli” – “Torino” matçında qonaqlar qələbə qazanıb. “Yuventus” doğma meydanda “Venesiya” ilə qarşılaşıb və qalib gəlib. Lider “Milan” bu turda “Fiorentina” ilə üz-üzə gəlib. Milan təmsilçisi bu oyunda minimal hesabla qələbə qazanıb. Çempionluq yarışında “Milan”ın əsas rəqibi olan “İnter”i isə bu turda səfərdə “Udineze”nin qonağı olub və  çətin qələbə qazanıb.

İtaliya A Seriyası
35-ci tur

30 aprel

Kalyari – Verona 1:2
Qol: J.Pedro, 57 – Barak, 8. Kaprari, 44.

Napoli – Sassuolo 6:1
Qol: Kulibali, 7. Osimhen, 15. Lozano, 19. Mertens, 21; 54. Rrahmani, 80 – M.Lopes, 87.

Sampdoriya – Cenoa 1:0
Qol: Sabiri, 25.

Spetsiya – Latsio 3:4
Qol: Amian, 9. Aqudelo, 35. Hristov, 56 – İmmobile, 33-pen. Provedel, 54-öz qapısına. Milinkoviç-Saviç, 68. Açerbi, 90.

1 may

Yuventus – Venesiya 2:1
Qol: Bonuççi, 7; 76 – Aramu, 71.

Milan – Fiorentina 1:0
Qol: Leao, 82.

Empoli – Torino 1:3
Qol: Zurkovski, 56 – Belotti, 78-pen; 87-pen; 90+6.

Udineze – İnter 1:2
Qol: Pussetto, 72 – Perişiç, 12. L.Martines, 39.

Roma – Bolonya 0:0







İtaliya S.A.

“Milan” üçün əsas olan xallardır"
  • İtaliya S.A.
  • 23:18 19.04.2026
“Milan” üçün əsas olan xallardır"
“Milan” 3 xalı tək qolla qazandı
  • İtaliya S.A.
  • 20:38 19.04.2026
“Milan” 3 xalı tək qolla qazandı
“Udineze” evdə uduzdu
  • İtaliya S.A.
  • 21:21 18.04.2026
“Udineze” evdə uduzdu