30 sentyabr 2026. Çərşənbə

Autsayderlərin duelində meydan sahibləri qələbə qazandı


Autsayderlərin duelində meydan sahibləri qələbə qazandı
İtaliya A Seriyasında 20-ci turdan təxirə salınmış bir oyun keçirilib. Corner.az xəbər verir ki, günün yeganə matçında iki autsayder komanda – “Salernitana” ilə “Venesiya” qarşılaşıb.
 
Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıb. “Salernitana” bu qələbə sayəsində xallarının sayını 29-a çatdırıb və 17-ci pilləyə yüksəlib. Artıq A Seriyasını tərk edəcəyi dəqiqləşən “Venesiya” isə 22 xalla sonuncu – 20-ci pillədə qalıb.
 
İtaliya A Seriyası
20-ci turun oyunu
5 may
 
Salernitana – Venesiya 2:1
Qol: Bonatsoli, 7. Verdi, 67 – Henri, 58.






İtaliya S.A.