1 avqust 2026. Şənbə

İnter'dən əzmkar qələbə, Yuventus uduzdu


İnter'dən əzmkar qələbə, Yuventus uduzdu
Futbol üzrə İtaliya A Seriyasında 36-cı tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
“Milan”la çempionluq yarışında olan “İnter” turun ilk matçında doğma meydanda “Empoli” ilə qarşılaşıb. Matçın ilk yarım saatında 2 qol buraxan meydan sahibləri ikinci hissədə 4 top vurmaqla əzmkar qələbə qazanıb.

Günün digər matçında isə “Yuventus” səfərdə “Cenoa”nın qonağı olub. Turin təmsilçisi də bu matçın son dəqiqələrində buraxdığı 2 qolla məğlub olub.
 
İtaliya A Seriyası
36-cı tur
 
6 may
 
İnter – Empoli 4:2
Qol: Romanyoli, 40-öz qapısına. L.Martines, 45; 64. A.Sançes, 90+4 – Pinamonti, 5. Asllani, 28.
 
Cenoa – Yuventus 2:1
Qol: Qudmundsson, 87. Krişito, 90+5-pen – Dibala, 48.






İtaliya S.A.

"Mənim üçün yalnız "Roma" var"
  • İtaliya S.A.
  • 00:53 29.07.2026
"Mənim üçün yalnız "Roma" var"
"Milan"da yeni layihə qururuq"
  • İtaliya S.A.
  • 23:00 28.07.2026
"Milan"da yeni layihə qururuq"