1 avqust 2026. Şənbə

İtaliyalı futbolçu oyun vaxtı vəfat etdi


İtaliyalı futbolçu oyun vaxtı vəfat etdi
İtaliyanın həvəskarlar liqasında çıxış edən “Kuincentole” klubunun futbolçusu Dimitri Roveri oyun vaxtı dünyasını dəyişib. Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna Roverinin infarkt keçirməsi səbəb olub.
 
Bədbəxt hadisə “Kazalpolyo”ya qarşı keçirilən oyunda baş verib. Huşunu itirərək yerə yıxılan 27 yaşlı futbolçu dərhal Milan şəhərindəki “San-Raffaela” xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Mərhum futbolçu bir müddət əvvəl sentyabr ayında ata olacağını açıqlamışdı.
 
Roveri həm də qocalar evində bağban və təmizlikçi işləyirdi.






İtaliya S.A.

"Mənim üçün yalnız "Roma" var"
  • İtaliya S.A.
  • 00:53 29.07.2026
"Mənim üçün yalnız "Roma" var"
"Milan"da yeni layihə qururuq"
  • İtaliya S.A.
  • 23:00 28.07.2026
"Milan"da yeni layihə qururuq"