"Milan”ın texniki direktoru Paolo Maldini komandanın İtaliya çempionatının qalan oyunları ilə bağlı danışıb. Corner.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən Maldini, təzyiq altında olsalarda bacaracaqlarını bildirib:
“Komandada sakitlik hissi yaratmaq vacibdir. Qarşıda cəmi iki oyun olduğundan, çempionluğa yaxınıq deyə bilərəm. Bu oyunlar da asan deyil. “Verona” ilə görüş də asan keçmədi. Növbəti turda qarşılaşacağımız “Atalanta”nın oyununa baxdım, onlar hələ də Avropaya meydan oxuyurlar. “San Siro”da təzyiq altında olacağıq, amma bacaracağımızdan əminəm”.
A Seriyasının bitməsinə iki tur qalmış “Milan” 80 xalla turnir cədvəlinə başçılıq edir.