30 iyun 2026. Çərşənbə axşamı

Corcio Kyellini Yuventus'dan ayrılır


Corcio Kyellini Yuventus'dan ayrılır

İtaliyalı müdafiəçi Corcio Kyellini mövsümün sonunda "Yuventus"dan ayrılacaq.

Corner.az xəbər verir ki, 37 yaşlı oyunçu "İnterlə" final oyunundan (2:4) sonra qərarını açıqlayıb.

“10 ildən sonra qalibiyyətsiz bir illə ayrıldığım üçün məyusam amma bunu qəbul etmək lazımdır. İndi bu xətti davam etdirmək gənclərin ixtiyarındadır. "Yuventus"dan sevinclə ayrılıram.

Bazar ertəsi sevimli stadionumla vidalaşacam. Bəlkə, sonuncu dəfə Florensiyada meydana çıxa bilərəm.

Bu, yüz faiz öz seçimimdir. Şadam ki, belə yüksək səviyyədə ayrılıram. Neçə illərdir deyirəm ki, əvvəlki səviyyədə oynaya bilməyəndə bitirmək istəmirəm.

Tezliklə ən sadiq "Yuventus" fanatı olacam. Bu komanda mənimlə qalacaq”.

Qeyd edək ki, Corsio Kyellini "Yuventus"la 9 dəfə İtaliya çempionu, bir dəfə isə ikinci liqanın qalibi olub. O, həmçinin 5 dəfə İtaliya kuboku və Superkubokunu qazanıb.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı