29 yanvar 2026. Cümə axşamı

A Seriyasında mövsüm yekunlaşdı


A Seriyasında mövsüm yekunlaşdı

Futbol üzrə İtaliya A Seriyasında sonuncu – 38-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, çempionluq mübarizəsinin son tura kimi davam etdiyi A Seriyasında mövsümün qalibi adına da aydınlıq gəlib. Lider “Milan” səfərdə “Sassuolo”nun qonağı olub və 3 cavabsız qolla qalib gələrək İtaliya çempionu olublar.

“Milan”ın büdrəməsini gözləyən “İnter” isə evdə “Sampdoriya”ya oxşar hesabla qalib gəlsə də, ikinci yerlə kifayətlənib. “Napoli” də son turda "Spetsiya" üzərində oxşar hesabla qələbəyə sevinib və mövsümü üçüncü pillədə başa vurub.

"Venetsiya" - "Kalyari" matçında qapılara qol vurulmayıb. "Salernitana" isə doğma meydanda "Udineze"yə böyük hesabla uduzub.

Beləliklə, çempion “Milan” və əsas izləyicisi “İnter”lə yanaşı, 3 və 4-cü yerləri tutan “Napoli” ilə “Yuventus” da İtaliyanı UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıblar. 5 və 6-cı yerləri tutan paytaxt təmsilçiləri – “Latsio” ilə “Roma” Avropa Liqasında mübarizə aparacaq. 7-ci olan “Fiorentina”nı isə Avropa Konfrans Liqasında mübarizə gözləyir. “Kalyari” (30 xalla 18-ci), “Cenoa” (28 xalla 19-cu) və “Venesiya” (27 xalla 20-ci) isə A Seriyasını tərk edib.

İtaliya A Seriyası
38-ci tur

20 may

Torino – Roma 0:3
Qol: T.Abraham, 33; 42-pen. Pelleqrini, 78-pen.

21 may

Cenoa – Bolonya 0:1
Qol: Barrou, 66.

Atalanta – Empoli 0:1
Qol: Ştulaç, 79.

Latsio – Verona 3:3
Qol: Kabral, 16. Anderson, 29. Pedro, 62 – Simeone, 6. Lasanya, 14. Honqla, 76.

Fiorentina – Yuventus 2:0
Qol: Dunkan, 45+1. N.Qonzales, 90+2-pen.

22 may

Spetsiya – Napoli 0:3
Qol: Politano, 4. Zelinski, 25. Demme, 36.

İnter – Sampdoriya 3:0
Qol: Perişiç, 49. Korrea, 55; 57.

Sassuolo – Milan 0:3
Qol: Jiru, 17; 32. Kessye, 36.

Venesiya – Kalyari 0:0

Salernitana – Udineze 0:4
Qol: Deulofeu, 6. Nesterovski, 34. Udoqie, 42. R.Pereyra, 57.







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”