30 iyun 2026. Çərşənbə axşamı

Milan'ın baş məşqçisinin qızıl medalı oğurlandı


Milan'ın baş məşqçisinin qızıl medalı oğurlandı

İtaliya A Seriyasının qalibi olan "Milan"ın baş məşqçisi Stefano Piolinin qızıl medalı oğurlanıb.

Corner.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, hadisə komandanın sonuncu - 38-ci turda "Sassuolo"ya 3:0 hesabı ilə qalib gəldiyi səfər oyunundan sonra baş verib.

56 yaşlı mütəxəssis, medalın çempionluğu bayram edərkən stadionda ələ keçirildiyini bildirib: "Kimsə onu boynumdan qopardı. Bunu mənə qaytarsalar, minnətdar olaram, çünki baş məşqçi kimi qazandığım ilk qızıl medaldır".

Qeyd edək ki, "Milan" 11 ildən sonra ölkə çempionu olub. "Rossonyerlər" son olaraq 2010/2011 mövsümündə bu uğura yiyələnib.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı