15 avqust 2026. Şənbə

Çempion oldu, ən yaxşı seçildi


Çempion oldu, ən yaxşı seçildi
“Milan”ın çalışdırıcısı Stefano Piolo A Seriyasında 2021/22 mövsümünün ən yaxşı baş məşqçisi seçilib. Corner.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
 
“Milan” 11 ildən sonra A Seriyasının çempionu olub. Komanda sonuncu dəfə 2010/11 mövsümündə A Seriyasının qalibi olmuşdu.
 
İtalyan mütəxəssis Stefano Pioli üçün bu, məşqçilik karyerasında ilk kubokdur. 56 yaşlı çalışdırıcı 2019-cu ildən “Milan”ı çalışdırır.
 
Mövsümün sonunda “İnter”i 2 xal qabaqlayan Milan təmsilçisi İtaliya çempionu olub.






İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi