29 yanvar 2026. Cümə axşamı

Milan'ın baş məşqçisinin qızıl medalı qaytarıldı


Milan'ın baş məşqçisinin qızıl medalı qaytarıldı

Azarkeşlər İtaliyanın "Milan" klubunun baş məşqçisi Stefano Piolinin qızıl medalı özünə qaytarılıb.

Corner.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, 20-25 yaş arası 3 azarkeş vəkilin müşayiəti ilə Reco-Emiliya şəhərindəki polis idarəsinə gedib.

Fanatlar medalı "Sassuolo" ilə matçdan sonra paltardəyişmə otağı tərəfdə tapdıqlarını bildiriblər.

Qeyd edək ki, "Sassuolo"nu 3:0 hesabı ilə məğlub edən "Milan" 11 ildən sonra İtaliya çempionu olub. Stefano Pioli qızıl medalı çempionluğu bayram edərkən boynundan qoparıldığını açıqlayıb.







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”